Aktyor Elməddin prokurorluğa şikayət ərizəsi verdi

MARAQLI
23:30 03.11.2011
4013
Tanınmış aktyor Elməddin Cəfərov hüquq-mühafizə orqanlarına müraciət edib. 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olan, hazırda Bakı şəhər Bünyadzadə küçəsi 10 ünvanında yaşayan Cəfərov Elməddin Misir oğlu prokurorluq orqanlarına müraciət edib. E.Cəfərov müraciətində yol polislərinin ondan qanunsuz olaraq 150 manat pul almasını bildirib və məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edib.Ətraflı məlumat almaq üçün aktyorun özü ilə əlaqə saxladıq. Lakin qəribədir ki, o, Lent.az-a açıqlamasında yol polisləri ilə deyil, hansısa başqa mülki şəxslə problemi olduğunu dedi: “Mən iki aydır, maşınsızam”. E.Cəfərov həqiqətən də onun 150 manat pulunun mənimsənildiyini təsdiq etdi: “Mobil telefon nömrəmin başqa operatorda olan eynisini almaq istəyirdim. Buna görə də bir nəfərə 150 manat pul verdim. Sonra məlum oldu ki, nömrə başqasına satılıbmış. Həmin adam pulumu qaytarmadı və yoxa çıxdı. O, təkcə mənə qarşı dələduzluq etməyib. 10-15 adam var ki, pulunu alıb”.E.Cəfərova təkrar xatırlatdıq ki, onun prokurorluq orqanlarında olan şikayəti yol polisləri barədədir. Aktyor cavabında şikayət ərizəsini yazdığını desə də, başqa məsələdən danışaraq dəqiq cavabdan yayındı: “Mən hüquq təhsili almışam. Belə şeylərdən başım yaxşı çıxır. Nə etmək lazım olduğunu yaxşı bilirəm”.
//lent.az

OXŞAR XƏBƏRLƏR