“AL market”ə basqın oldu

“AL market”ə basqın oldu
SOSİAL
16:21 26.04.2021
535
Bakıda marketə basqın olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, "AL market”in Xətai rayonunda yerləşən mağazasında naməlum şəxs həmin mağazanın müdir müavini Əlibala Orucovu bıçaqla hədələyib.

Naməlum şəxs müdir müavininin üzərindəki pulları zorla alaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, basqınçının şəxsiyyəti müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR