Almaniya Ukraynaya növbəti hərbi yardım paketini göndərib

Almaniya Ukraynaya növbəti hərbi yardım paketini göndərib
DÜNYA
18:56 13.09.2023
254
Almaniya hökuməti Ukraynaya hərbi dəstək çərçivəsində növbəti yardım paketi göndərib.

Bu barədə məlumat Almaniya Nazirlər Kabinetinin rəsmi saytında dərc edilən yenilənmiş siyahıda əksini tapıb.

Siyahıda göstərilib ki, 20 ədəd "Marder 1A3” piyadaların zirehli döyüş maşını, 2 ədəd "Wisent 1” minatəmizləmə texnikası, 3000 ədəd 155 mm-lik mərmi, 1 ədəd peyk rabitə nəzarət sistemi, 10 ədəd dron aşkarlama sistemi, 8x8 tipli HX81 yük maşını və 4 yarımqoşqu, 9 ədəd müxtəlif nəqliyyat vasitəsi, 3 ədəd təcili yardım maşını, 1,5 milyon ədəd müxtəlif çaplı patron və digər texnika, silah-sursat artıq Ukraynaya təhvil verilib.
OXŞAR XƏBƏRLƏR