Almaniya XİN başçısı İsraildə gərginliyin azaldılması üzrə danışıqlar aparacaq

Almaniya XİN başçısı İsraildə gərginliyin azaldılması üzrə danışıqlar aparacaq
DÜNYA
18:59 16.04.2024
163
Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın İsrail ərazisinə endirdiyi zərbədən sonra Yaxın Şərqdə gərginliyin azaldılması imkanlarını müzakirə etmək üçün İsrailə səfər etmək niyyətindədir.

Bunu Almaniya XİN rəhbəri iordaniyalı həmkarı Ayman Safadi ilə keçirdiyi mətbuat konfransında deyib.

"Bu qeyri-sabit dövrdə Almaniyaya bütün regionda gərginliyin azaldılmasına töhfə vermək üçün birlikdə işləmək olduqca vacibdir”, - A.Berbok qeyd edib.
OXŞAR XƏBƏRLƏR