Almaniyada silahlı hücum: 4 ölü

Almaniyada silahlı hücum: 4 ölü
DÜNYA
14:36 01.03.2024
159
 
Almaniyada iqamətgaha silahlı hücum olub.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Aşağı Saksoniya əyalətində iqamətgaha silahlı hücum nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

Polis və prokurorluğun verdiyi açıqlamada səhər saatlarında vilayətin Şessel qəsəbəsində silahlı şəxsin evə hücum etdiyi bildirilib.

Açıqlamada hücumda 1-i uşaq olmaqla 4 nəfərin öldüyü qeyd edilib.

Yerli KİV-lər şübhəlinin keçmiş sevgilisinin evinə hücum edərək evdəki insanları öldürdüyünü iddia edib.

Şübhəlinin Almaniya Silahlı Qüvvələrinin əməkdaşı olduğu və hadisədən sonra təslim olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR