Almaniyanın xarici işlər naziri Annalena Baerbok humanitar yardımın qarşısını alan İsrailə xəbərdarlıq edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Baerbok yardımın Qəzzaya təhlükəsiz və maneəsiz çatdırılmasına icazə verilməli olduğunu bildirib.
"İsrail hökuməti humanitar yardımların maneəsiz şəkildə çatdırılmasına dərhal icazə verməlidir", - Baerbok humanitar yardımın qarşısını alan İsrailə xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, Həmas tərəfindən saxlanılan girovların azad edilməsi və Qəzzaya daha çox humanitar yardımın çatdırılması üçün humanitar müdaxiləyə hər zamankindən daha təcili ehtiyac var.
Ayşən