Amerikalı aktyor ömürlük həbs edildi - SƏBƏB

Amerikalı aktyor ömürlük həbs edildi - SƏBƏB
DÜNYA
14:15 08.09.2023
886
Amerikalı aktyor Denni Masterson iki qadını zorladığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, aktyor bu cəzanın ən azı 30 ilini çəkəcək.
 
Məhkəmə boyu səssiz qalan aktyor cəzasını eşidəndə həyat yoldaşı ilə birlikdə ağlayıb.

Üç qadın Mastersondan şikayətçi olub. Qadınlar cinsi təcavüzə məruz qalmazdan əvvəl onlara narkotik verildiyini bildiriblər. Məhkəmədə çıxış edən qadınlardan biri "Kaş ki, daha tez polisə şikayət edəydim” deyib.
 
Məhkəmə araşdırması nəticəsində o, 2022-ci ilin mayında təqsirli bilinib. Cəza elan edildikdən sonra Masterson həbs edilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR