"Qəzzada həyatı alt-üst olan bütün günahsız uşaqlar üçün bir ürəkdən deyirik, bütün qətllər dayandırılmalıdır".
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə amerikalı aktyor Mark Ruffalo Qəzzada baş verənlərə diqqət çəkmək üçün etdiyi paylaşımda qeyd edib.
"Adımızdan istifadə etməyin" mesajı ilə video paylaşan Ruffalo:
"Hazırda Qəzzada 6 yaşdan kiçik hər 2 uşaqdan biri pis qidalanır və aclıq riski altındadır. Dünyada dərhal atəşkəsə nail olmaq üçün bu kampaniyaya qoşulun. İnsanlığımız ondan asılıdır. Bu mümkündür və biz bunu reallaşdıracağımıza söz veririk".
Mikayıl