ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü
SOSİAL
10:20 17.06.2022
243
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə AZXEBER.COM-a agentlikdən bildirilib.

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində qeydə alınıb. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
OXŞAR XƏBƏRLƏR