A.Məmmədxanovun cənazəsi son mənzilə doğmaları ilə bərabər, “Bakılı Oğlanlar” komandasının üzvləri, yaxın dostları, millət vəkilləri, sənət və ictimaiyyət nümayəndələrinin çiynində yola salınıb.
Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə bir yerdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Evli idi, 3 övladı qalıb.
Allah rəhmət eləsin!
/// lent.az