Anar Məmmədxanovla bağlı kitabın təqdimatı olacaq

MƏDƏNİYYƏT
19:50 14.04.2015
2230
Aprel ayının 18-də Beynelxalq Muğam Mərkəzində ictimai xadim və “Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı, Milli məclisin üç çağrışının deputatı Day.az informasiya portalının və “Ultra production” prodüser mərkəzinin yaradıcısı cənab Anar Məmmədxanovun üç kitabının təqdimatına həsr olunmuş gecə keçiriləcək .
AZXEBER.COM xəbər verir ki, layihənin rəhbəri müəllifin həyat yoldaşı İradə Məmmədxanova, nəşirlərin baş redaktoru Dövlət mükafatı laureatı, əməktar jurnalist milli məclisin deputatı Elmira Axundova, hər 3 kitabı tərtib edən isə müəllifin bacısı, professor Nailə Məmmədxanovadır. 
İlk kitab olan “Бытъ самим собой” 2014 cü ilin iyul ayında nəşr edilib. Bu kitabda cənab Məmmədxanovun müxtəlif zamanlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. İkinci kitabı olan “Ни о чем не жалею” 2015 ci ildə nəşr edilib. Bu kitaba 1995-ci ildən 2011-ə qədər Bakının müxtəlif mətbuat orqanlarından olan jurnalistərin Anar Məmmədxanovla müsahibələri toplanıb. Üçüncü kitabı olan “Özünə sadiqlik” müəllifin ilk “Бытъ самим собой” kitabının Azərbaycan dilinə tərcüməsidir. 
Gecə paytaxt sakinləri üçün əhəmiyyətli dərəcədə yenilənmiş formatda təqdim olunacaqdır. Gecənin spikerləri sırasında təkcə Anar Məmmədxanovun kitablarının tərtibçiləri və redaktorları deyil, eləcə də müəllifin ən yaxın dostları və həmfikirlərinin çıxışı nəzərdə tutulub. 
Tədbirə dəvət olunan qonaqlar qismində ölkənin siyasi, ictimai və incəsənət xadimləri, xarici qonaqlar, eləcə də müəllifin dostları iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR