Ancelina Coli oğurluqda ittiham olundu

Ancelina Coli oğurluqda ittiham olundu
MARAQLI
00:26 07.12.2011
2240

Aktrisa məhkəməyə verilib

Məşhur aktrisa Ancelina Colinin rejissor debütü olan, premyerası 23 dekabra planlaşdırılan "Qan və bal ölkəsində" (In the Land of Blood and Honey) filmi yenə də qalmaqalın mərkəzindədir. RadarOnline-nın yazdığına görə, Hollivud ulduzunu bu dəfə plagiatçılıqda günahlandırırlar. Xorvatiyalı jurnalist Ceyms Breddok (əsl adı Yosip Knejeviç ) öz etirazını məhkəmə iddiası formasında bildirib. İddiada göstərilir ki, ekran işinin süjet xətti bütünlüklə onun 2007-ci ildə yazdığı məqalədəki hadisələrlə üst-üstə düşür. Beləliklə, jurnalist iddia edir ki, o, 4 il əvvəl zorakılığa məruz qalmış və hərbi düşərgədə qula çevrilmiş qadının tarixçəsini yazıb. Hadisələrin oxşar gedişi Ancelina Colinin filminin əsasını təşkil edir. Və Breddok bunu müəllif hüquqlarının pozulması hesab edir. Jurnalist ona kompensasiya ödənilməsini tələb edir. İddiada söhbətin hansı məbləğdən getdiyi məlum deyil. Colinin vəziyyətə necə reaksiyası verdiyi bəlli deyil. Xatırladaq ki, "Qan və bal ölkəsində" filminin premyerasının 23 dekabrda ABŞ-da olacağı planlaşdırılıb. Colinin ssenarisini özü yazdığı ekran işinin adını "bal" və "qan" - balkan, türk sözlərindən götürüb. Filmin çəkilişləri ilə GK Films şirkəti məşğul olur. Filmdə baş rolu 27 yaşlı bosniyalı aktrisa Zana Maryanoviç oynayıb. Onun tərəf müqabili xorvatlı aktyor Rade Şeberdjiyadır. Qalan bütün aktyorlar keçmiş Yuqoslaviyadandır. Ancelina Coli özü filmdə aktrisa kimi görünmür.

//Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz