ANS-dən ayrılanlar: "ANS-də rejim dözülməzdir"

MARAQLI
14:36 09.04.2011
2522

 

Ən son məlumatlara görə, Anar Cəbrayıllı, Tural Əliyev, Elnur Hidayətoğlu, Zəminə Əliyeva ANS-dən ayrılıb. İşdən ayrılanlar arasında təkcə aparıcılar deyil, müxbirlərdə var. AZXEBER.COM portalı olaraq bunun səbəbini öyrənməyə çalışdıq. İşçilərin bir çox bunu əmək haqqlarının az olması ilə, bəziləri isə orada olan “rejim”in dözülməz olması ilə əlaqələndirib. Adının açıqlanmasını istəməyən müxbir AZXEBER.COM-a bildirdi ki, hələ də ANS-dən ayrılmaq istəyən xeyli işçi var, hazırda onlar iş axtarırlar. İş tapandan sonra isə ANS-dən ayrılacaqlar.

Aldığımız ən son məlumatlara görə, Anar Cəbrayıllı hazırda “Azərsu SC”nin mətbuat xidmətində çalışır. ANS-də çalışan işçilərin bir qismi isə yeni yaranan mətbuat orqanlarında fəaliyyət göstərirlər. Həmin şəxslər yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.

Xatırladaq ki, bundan öncə kanaldan ayrılanlar arasında tanınmış aparıcı Ceyhun Əsgərov da var idi. O AZXEBER.COM portalına işdən ayrılması haqqında gedən xəbərləri təsdiqləsə, də, bunun səbəbləri barədə danışmaq istəmədiyini söyləmişdi.

OXŞAR XƏBƏRLƏR