“Apple” App Store-dan kənar proqramları yükləməyə imkan verəcək

MARAQLI
15:27 29.01.2024
201
"Apple” Avropa İttifaqında (Aİ) istifadəçilərin "App Store”dan kənar ödəniş xidmətləri və proqram yükləmələrini həyata keçirə bilməsi üçün dəyişiklik edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hazırda "iPhone” və "iPad” istifadəçiləri yalnız App Store-dan öz cihazlarına proqramlar quraşdıra bilərlər.

"Apple” bunun istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu bildirib.

Digər tərəfdən, bu vəziyyət proqram tərtibatçılarını App Store-dan istifadə etməyə və "Apple”a yüzdə 30-a qədər komissiya ödəməyə məcbur etdiyi üçün monopoliya yaratmaqla bağlı tənqidlərə də səbəb olub.

Ayşən

OXŞAR XƏBƏRLƏR