Aqiyə Naxçıvanlıdan qovulan institut direktoru ilə bağlı - AÇIQLAMA

Aqiyə Naxçıvanlıdan qovulan institut direktoru ilə bağlı -  AÇIQLAMA
SİYASƏT
12:55 13.12.2013
1302

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ ) Gəncə filialının direktoru Ramiz Məmmədovun vəzifəsindən azad edilməsinə AMİ-nin rektoru Aqiyə Naxçıvanlı sərt reaksiya verib.

AZXEBER.COM-un məlumatına görə, rektor AzVision.az-a açıqlamasında rektorun işində ciddi nöqsanların olduğunu bildirib:

“İşində yoxlanışlar aparılıb, ciddi nöqsanlar aşkar edildiyi üçün vəzifəsindən azad edilib. Bundan başqa nə səbəb ola bilər ki? İşini düzgün apara bilməyən işdən azad olmalıdır”.

Sabiq direktorun işini kimin icrasına gəlincə, A. Naxçıvanlı qeyd edib ki, bu barədə bugün qərar veriləcək.

“Hələ ki, kimin təyin olması barədə tez-tələsik qərar vermək istəmirik. Bu gün şura yığışıb, onun işinin müvəqqəti olaraq kimin icra etməsi barədə qərar qəbul edəcək. Amma direktorun kim olacağı hələ bilinmir”.

OXŞAR XƏBƏRLƏR