Araz Abdullayevə Superliqa klubundan rəsmi təklif gəldi

İDMAN
15:54 24.12.2011
2767
“Neftçi”nin futbolçusu Araz Abdullayev Yunanıstandan növbəti dəvət alıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü olan 19 yaşlı sol cinah yarımmüdafiəçini “Panionios” klubu heyətində görmək istəyir. Yunanıstanın Superliqa klubu Arazla bağlı rəsmi təklif göndərib. Orada Abdullayevin ayın sonuna kimi bu ölkəyə göndərilməyi ilə bağlı müraciət edilib. “Neftçi”də icarə əsasında oynayan Arazın transfer hüquqları İngiltərənin “Everton” klubuna məxsusdur. Liverpul təmsilçisi razılıq verərsə, futbolçumuz mövsümün sonuna Yunanıstan klubunun şərəfini qoruyacaq. “Panionios” Abdullayevi baxışdan keçirmədən birbaşa heyətinə qatmaq istəyir. “Everton”un Arazı bu yay Yunanıstanın köklü klublarından olan PAOK-a icarəyə verməyi gündəmdə idi. Yarımmüdafiəçi dekabrın əvvəlində İngiltərəyə yollansa da, Fransanın “Renn” klubuna icarəyə verilməyi variantı alınmadı.

OXŞAR XƏBƏRLƏR