“ARB Günəş”in yeddi yaşı tamam olur

“ARB Günəş”in yeddi yaşı tamam olur
MEDIA
12:35 01.04.2022
593
Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası "ARB Günəş”in 7 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyətə başlayıb.

AZXEBER.COM xəbər verir ki, "ARB Günəş” televiziyasının yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub. Televiziyada indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib.

"ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. "Xəbərdar ol”, "Mərcangildə”, "Çərpələng”, "Biz nə fikirləşirik", "Təbiət və biz", "Yuxunuz şirin olsun” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Azərbaycanın kiçik yaşlı tamaşaçılarına "Qarabağ Azərbaycandır" həftəlik proqramında artıq yenidən bizim olan qədim torpaqlarımızın təbiəti, gözəllikləri, abidələri, görkəmli şəxsiyyətləri barədə müntəzəm  məlumatlar təqdim edilir. Şanlı Ordumuzun qazandığı tarixi qələbəmiz balaca tamaşaçılarımıza "Zəfər tariximizi birlikdə öyrənək” şüarıyla təlqin olunur.

Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Tamaşaçılara təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb.

"ARB Günəş” eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən "Gözləri ilə danışan mələklər" adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb. Layihənin məqsədi bu qəbildən olan uşaqların cəmiyyətdə özünə layiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltməkdir. Sosial əhəmiyyət daşıyan ekran işi xüsusi qayğıya ehtiyac duyan uşaqların gündəlik həyatda - ailə və cəmiyyət içində yaşadığı problemləri gündəmdə saxlamağa xidmət edir.

Pandemiya zamanı ölkə məktəblilərinin təhsilini distant formada davam etdirməsi şəraitində teledərslər "ARB Günəş” televiziyasında yayımlanıb. Bundan başqa, telekanal tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həftəlik "Təbiət və biz” verilişi hazırlanır.

Türkiyədə keçirilən "Beynəlxalq Uşaq Mediası konfransı”nda ölkəmizi davamlı olaraq "ARB Günəş” təmsil edir.

"Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən "ARB Günəş”i  kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu