Türkiyənin tanınmış futbolçusu, "Atletiko" (Madrid) klubunun üzvü Arda Turan özünə yeni sevgili tapıb. ANS PRESS-inb Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktrisa Sinem Kobaldan ayrılan futbolçunun yeni sevgilisi Selin İmerdir. Madriddə eyni evdə qalan cütlük 2 həftədən sonra tətilə çıxacaq.
Türkiyə mətbuatında yer alan məlumata görə, Arda Turan bir necə həftə öncə Selin İmerlə sevgili münasibətlərinə başlayıblar. Hətta ispaniyaya gedən İmer otel əvəzinə sevgilisinin evində qalıb. Madrid küçələrində qucaq-qucağa gəzən cütlük hələlik sevgilərini gizlətməyə çalışırlar.