ARDNŞ Azərbaycanın 11 rayonunda 2D seysmik kəşfiyyat işləri aparıb

İQTİSADİYYAT
11:15 30.12.2013
1694

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İdarəsi Azərbaycanın böyük bir ərazisində - Böyük Qafqazın cənub-qərb ətəklərində regional geoloji quruluşu dəqiqləşdirmək məqsədilə ikiölçülü (2D) seysmik kəşfiyyat işlərini başa çatdırıb.

AZXEBER.COM ARDNŞ-nin saytına istinadən xəbər verir ki, "ConocoPhillips" şirkəti ilə müqavilə əsasında aparılmış seysmik kəşfiyyat çöl işlərinə cari ilin may ayında başlanılıb.

Azərbaycanın on bir rayonunu əhatə edən, mürəkkəb yerüstu şəraiti ilə səciyyələnən tədqiqat sahəsində 777,4 xətti kilometr uzunluğunda 12 profil xətti üzrə yerinə yetirilmiş seysmik işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılıb.Əldə edilmiş materiallar sifarişçiyə - "ConocoPhillips" şirkətinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR