Arıqlamaq üçün eynək – FOTO

MARAQLI
11:36 24.04.2012
1896

Yapon elm adamları çox yeməklə mübarizə aparmaq üçün qeyri-adi eynək istehsal etməyə başlayıblar.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yemək yeməzdən öncə eynəyin taxılması tələb olunan ilkin şərtlərdən biridir. Bu zaman istifadəçi yeməyi 50% böyük görür və beləliklə gözü doyduğu üçün mədəsini də doyurmaq onun üçün daha asan olur.

Qeyd edək ki, yapon elm adamları bu eynək vasitəsiylə insanların normaldan çox az yediklərini bildiriblər.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR