"Rusiya sülhməramlılarının erməni separatçılarına kömək etməsi sübut olundu. Artıq yəqin ki, 5 ilin tamamında Rusiya sülhməramlılarının mandatının uzadılmasından da söhbət gedə bilməz”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, Azərbaycan da bütün bu problemləri nəzərə alaraq, sülhməramlıların etmək olduqları, amma etmədiklərini görərək onların missiyasını öz üzərinə götürdü: "Artıq həmin o torpaq yolları da nəzəratə götürmək üçün yüksəklikləri ələ keçirdi və Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya Müdafiə Nazirliyi, sülhməramlıları buna etiraz etdi, amma biz öz müstəqil, suveren ərazilərimizdə suveren hüquqlarımızı yerinə yetiririk. BMT-nin 4 qətnaməsini də Azərbaycan 2020-ci ildə özü yerinə yetirdi. Belə çıxır ki, elə 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli razılaşmanın da müddəalarını yerinə yetirmək üçün Azərbaycan təkbaşına çalışmalıdır. Bunu da edir”.
R.Nurullayev qeyd edib ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır:
"Mən belə başa düşürəm ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır. Ölkənin ərazi bütövlüyünə hörmət qoymaq lazımdır. Yoxsa sən tankına ağ bayrağı bağla, arxanca erməni silahlılarını o baş-bu başa daşı, orada yeni müharibə üçün zəmin yarat, bu, sülhməramlılıq deyil. Belə çıxır ki, Azərbaycan yaxın zamanlarda həm də Qarabağda artıq müəyyən lokal əməliyyatları həyata keçirib bu məsələyə birdəfəlik nöqtə qoymalıdır. Ardınca isə Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun Ermənistana keçən hissəsində də nəzarət-buraxılış məntəqəsini də tikməlidir”.
"Hesab edirəm ki, bu məsələ artıq həll olunacaq, bunun müzakirəsi belə olunmalı deyil, hətta deyərdim ki, nəzarət-buraxılış məntəqəsinin tikilməsi üçün də bütün hazırlıqlar edilib”, - deyə deputat əlavə edib.
Aydın Nuri