Deputat Bakı ətrafındakı qəsəbələrin problemlərindən danışdı

Deputat Bakı ətrafındakı qəsəbələrin problemlərindən danışdı
SOSİAL
17:21 16.03.2021
721
"Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı".
 
"Pandemiyanin yaratdığı mürəkkəb şəraitə baxmayaraq ölkə rəhbəri tərəfindən atılan qətiyyətli addımlar nəticəsində iqtisadiyyatdakı çətinliklər minimuma endirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu işğalçı Ermənistanı məğlubiyyətə uğratdı.
 
Bütün bunlar Azərbaycan dövlətinin gücü, yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. İndi bizim əsas vəzifəmiz Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, işğaldan azad edilmiş ərazilərimizin ən abad guşələrindən birinə çevrilməsi və bu prossesdə fəal iştirakdır”.
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu gün parlamentdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deyib.

Sevinc Fətəliyeva bildirib ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar nəticəsində, ölkəmizin bütün regionlarında iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşması, yoxsulluğun aradan qaldırılması, işsizliyin azaldılması, sabitliyin möhkəmlənməsinin təmin edilməsi istiqamətində bir çox işlər həyata keçirilib. Çox sevindirici haldır ki, millət vəkili seçildiyim ərzidə də abadlıq-quruculuq işləri geniş miqyas alaraq uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri sistemli şəkildə davam etdirilib. Bu da sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradaraq, yük və sərnişin daşımasını asanlaşdırıb.

"Lakin bəzi sahələr vardır ki, onların həlli məsələsi bu gündə narahatçılığa zəmin yaradır və vətandaşların müraciətləri məsələnin həll istiqamətində real addımlar atmağa böyük ehtiyac duyulduğunu təsdiq edir. Bakı ətrafındakı qəsəbələrdə bu gün də kanalizasiya sisteminin qurulması məsələsi ən çox narahatçılıq yaradan sahələrdəndir. Bu məsələ bir balaca yağış yağan kimi özünün acı mənzərəsini yaradır və digər problemlərə yol açır. Zığ qəsəbəsində baş verən sürüşmənin, qırılmalar və çökmələrin əmələ gəlməsinin diğər səbəblərindən biri də məhz bu ərzidə kanalizasiya siteminin olmamasıdır. Suraxanı rayonunda mövcud kanalizasiya sisteminin yenidən qurulması, Hövsan və Zığ qəsəbəsində, Hövsan bağları, Quşçuluq, Südçülük, Zığ bağları, Qum adası və diğər ərazilərdə, "Dədə Qorqud” adlandırlan yaşayış sahəsində kanalizasiya şəbəkəsinin qurulması üçün vəsaitin ayrılması vətandaşların üzləşdiyi bir çox problemlərin aradan qaldırmasına kömək etmiş olardı. Arzu olunandır ki, qeyd olunan ərzilərdə asfaltlanmasının davam etdirilməsi, insanların yaşayış şəraitinin və rahatlığının təmin edilməsi məqsədi ilə yeni salınmış yaşayış sahələrində infrastrukturunun qurulması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin yaradılması nəzərdən kənarda qalmasın və bu sahəyə də maliyyə vəsaiti ayrılsın.
 
Digər məsələ, yaşayış binalarının istilik təchizatı ilə əlaqədardır. Bəzi yaşayış binaları vardır ki, onların binadaxili istilik sistemləri sıradan çıxmış, qazanxanaların fəaliyyəti tamamilə dayandırılmışdır. Hövsan qəsəbəsinin F. Bayramov küçəsində 8 binanın əhalisi məhz bu problemin mövcudluğundan əziyyət çəkir. Yaşayış binalarının istilik təchizatının bərpası və qazanxanaların modelləşdirilərək yenidən qurulması üçün bucədən bu sahəyə də vəsaitin ayrılması vətəndaşlar tərəfindən mənmunluqla qarşılanar.

Azərbaycanda XXI əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritetlər sırasındadır. Çünki dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz bu baxımdan deputat seçildiyim ərzidə indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə dövrün tələbinə uyğun bacarıqlar və vərdişləri aşılayacaq müasir standartlara uyğun peşə təhsili verəcək məktəbin inşa edilməsini məqsədəuyğun hesab edirəm.

Ümidvaram ki, sadaladığım problemlərin həlli istiqamətində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən əməli tədbirlər görüləcək və əldə olunan nəticə cəmiyyət tərəfindən də müsbət qarşılanacaq”, -deyə deputat qeyd edib.
OXŞAR XƏBƏRLƏR