Artur Rasizadə yenidən baş nazir oldu

SİYASƏT
12:33 22.10.2013
1713

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat göndərib.

Məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rəsizadənin təqdimatını verib.

Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR