Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü A. Qasımov idarə etdiyi "KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1988-ci il təvəllüdlü və E. Yusibov və 1998-ci il təvəllüdlü E. Yusinovdur.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.