Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb

Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb
SOSİAL
09:12 27.04.2021
335
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarını pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
OXŞAR XƏBƏRLƏR