Astarada qadın qohumunun qulağını kəsdi - cibinə qoyub apardı

Astarada qadın qohumunun qulağını kəsdi - cibinə qoyub apardı
SOSİAL
12:52 05.09.2023
1495
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada qohumunu öldürməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

AZXEBER.COM pravda.az-a istinadən xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Rəsmi məlumata görə, 2021-ci ilin oktyabrın 8-də rayonun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla zərərçəkmişin qohumu, 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqında Gülsevər Ağayeva ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilərək ifadəsində göstərib ki, Mehparə ərinin əmisi arvadı olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı aralarında yaranan münaqişəyə görə Mehparə onu öldürəcəyini deyib. Gülsevər 08 oktyabr 2021-ci ildə səhər saatlarında meşəyə gedib. Orada Mehparə ilə rastlaşıb. Aralarında olan narazılığa görə zərərçəkmiş onu söyüb təhqir edib, onu itələyib yerə yıxaraq bıçaqla vurmaq istəyərkən özünü müdafiə etmək məqsədi ilə əvvəlcə dəhrə, sonra isə bıçaqla Mehparəyə zərbələr endirib. Gözü döndüyündən onun qulaqlarını bıçaqla kəsərək sırğalarını çıxarıb götürüb. Sonra üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedib. Həmin əşyaları hadisədən sonra həyətinə gələn polis əməkdaşlarına təhvil verib. Bildirib ki, 4 azyaşlı uşaqları olmasına görə əməlindən peşmançılıq keçirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, Gülsevər heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli bilib. Hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2020-ci ilin sentyabr ayından onun ailəsi ilə ərinin əmisi oğlu Famil Ağayevin ailəsi arasında münaqişə yaranıb. Nəticədə Famil Ağayev qaynı Musa Ağayevi qətlə yetirib. Musanın ölümündən sonra ailələr arasında yaranmış ədavətin səbəbkarı kimi Gülsevəri günahlandırıblar.

08 oktyabr 2021-ci ildə səhər saatlarında heyvanlarına ağac yarpaqları qırıb gətirmək üçün özü ilə evdən dəhrə götürüb yaxınlıqdakı meşəyə gedib. Həmin vaxt meşədə olan Mehparə Ağayeva uzaqdan onu görüb talış dilində "Pozğun, əxlaqsız" kimi digər ifadələr işlədib. Sonra zərərçəkmiş ona tərəf gəlib. Mehparəyə onu təhqir etməməsini, ondan əl çəkməsini deyib. Zərərçəkmiş isə ona "bütün hər şey sənə görə oldu, get heç olmasa, ifadəni geri çək" deyərək onu itələyib yerə yıxıb. Həmin vaxt ayağa durub əlindəki dəhrə ilə Mehparənin baş nahiyəsinə təxminən 3 zərbə vurub. O deyib ki, sonra dəhrəni yerə atıb, bu zərbələrin təsirindən zərərçəkmiş yerə yıxılsa da ölməyib. Mehparəni öldürmək üçün üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirib. Mehparə aldığı xəsarətlər nəticəsində xırıldamağa başlayıb, hirsi soyumadığı üçün bıçaqla onun sağ və sol qulağını sırğalıq hissədən aşağıya doğru kəsib. Mehparə Ağayevanı öldürdüyünə hər kəsi inandırmaq üçün qadının sırğalarını, üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedərək əynindəki pencəyin qan ləkələrini yuyub təmizləyib. Sonra həyətə çıxarkən qonşusunu görüb baş vermiş hadisəni qısaca ona danışıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi