Astroloqdan XƏBƏRDARLIQ: Dəyişikliklərə hazır olun

MARAQLI
14:34 09.02.2024
359
Məşhur türkiyəli astroloq Dinçer Güner 3 gün davam edəcək və hər kəsə pis təsir edə biləcək hadisələrə qarşı izləyicilərinə xəbərdarlıq edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, astroloq baş verəcək dəyişikliklərə hazır olmağınızı tövsiyə edib: 

"Merkuri ilə Yupiter arasında düzbucaqlı bucaq olacaq. Təsir müddəti 3 gündür. Bu müddət ərzində nəyəsə reaksiya verərkən çox şişirtməməyə diqqət edin. Həddindən artıq optimist olmağa meylli olacağımız dövr bizi gözləyir. Unutqan ola bilmə ehtimalımız da yüksəkdir, evdən çıxmazdan əvvəl çantanızı, açarlarınızı, telefonunuzu və pul qabınızı yoxlayıb sonra evi tərk edin”. 

O həmçinin, izləyicilərini 3 gün davam edəcək və hər kəsə pis təsir edəcək dəyişikliklərə qarşı diqqətli olmağı da xəbərdarlıq edib. 

Oksana

OXŞAR XƏBƏRLƏR