Bakının Suraxanı rayonunda misli görünməmiş zorlanma hadisəsi baş verib. ANS PRESS-in Vesti.az-a istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər ki, ata doğma qızını zorlayıb. Suraxanı rayonu Prokurorluğuna 21 yaşlı M.S. müraciət edib (ad şərtidir) və bildirib ki, 53 yaşlı doğma atası tərəfindən müntəzəm şəkildə zorlanıb.Qızın sözlərinə görə, atası onu dəfələrlə sekslə məşğul olmağa məcbur edib. M.S. atasının hərəkətlərindən anasına şikayət edib. Anası inanmayıb. Bu zaman qız atası ilə cinsi əlaqəni mobil telefona çəkib. Qız anasına olanları sübut etmək üçün videokadrları göstərib. Sonra qız videonun olduğu diski polisə təqdim edib.Bildirilir ki, ifşa olunan ata evdən qaçıb. İstintaqdan bildiriblər ki, hazırda zorlama faktının aşkarlanması ilə bağlı yoxlama aparılır.“İş çox incədir və ehtiyatlı yanaşma tələb edir. Buna görə də, faktla bağlı cinayət işi qaldırılmayıb” – deyə, rayonun təhqiqat orqanından bildiriblər.