Ata gəlin köçürəcəyi qızını öldürdü

MARAQLI
23:41 02.11.2011
1910

Türkiyədə ata bir aydan sonra gəlin köçürəcəyi 19 yaşlı qızına çoxsaylı bıçaq zərbələri endirməklə, onu qətlə yetirib. İçkili vəziyyətdə evə gələn ata, 40 yaşlı Mustafa Toktaş evdə tək olan qızı Sevimə nişanlısı Məhmət Özbaldan narazı olduğunu bildirib. Elə bu zəmində də ata ilə qızı arasında mübahisə düşüb. Nəticədə ata qızını qarın və boğaz nahiyyəsinə bir neçə bıçaq zərbəsi endirməklə qətlə yetirib. Daha sonra təcili yardım çağırıb və qohumlarını məlumatlandıraraq təslim olub. Faktla bağlı artıq istintaq araşdırmalarına başlanılıb.

OXŞAR XƏBƏRLƏR