“AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini mükafata layiq görülüb - Fotolar

“AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini mükafata layiq görülüb - Fotolar
İQTİSADİYYAT
11:31 23.05.2018
6747

"AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Səbuhi Əliyev, ölkənin aparıcı təşkilatlarından biri olan "İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən "GƏNCLƏRİN DOSTU” milli mükafatına layiq görülmüşdür.


Təltifetmə mərasimində "İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, ölkənin tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov iştirak etmişdir.


Birliyin sədri F.Şahbazlı çıxış edərək bildirdi ki, Birliyin əsas məqsədi ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan islahatları dəstəkləmək, gənclərin bu islahatlar prosesinə öz töhvəsini verməsinə yardımçı olmaqdır. İGİB fəaliyyətə başladığı vaxtdan ölkədə və xaricdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirib, öz ətrafında aparıcı Universitetlər də daxil olmaqla, çoxsaylı fəal, müxtəlif sahələrdə nümunəvi fəaliyyəti ilə seçilən peşəkar gəncləri birləşdiribdir. Birlik Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ölkə miqyaslı mühüm layihələrin icrasını həyata keçirmişdir.

F.Şahbazlı qeyd etdi ki, bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir: "İslahatçı Gənclər” İctimai Birliyi hər il ənənəvi olaraq gənclərlə iş sahəsində müstəsna xidmətləri olan, gənclərin təklif və təşəbbüslərini dəstəkləyən şəxs və qurumları "Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edir. İndiyədək Birlik tərəfindən belə mükafat Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya, Müdafiə naziri cənab Zakir Həsənova, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Fəttah Heydərova və digər ictimai-siyasi xadimlərə təqdim edilmişdir. Birliyin İdarə Heyətinin qərarına əsasən, "AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Səbuhi Əliyev 2018-ci il üzrə "İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən "GƏNCLƏRİN DOSTU” milli mükafatına layiq görülmüşdür. Bu qərarı qəbul edərkən Birliyin İdarə Heyəti, Səbuhi Əliyevin ilk növbədə, vaxtilə respublikanın ən gənc hüquqşünas alimlərindən biri olmasını və hazırda hüquqşünas ekspert kimi cəmiyyətdə xidmətlərini, gənclərin hüquq-maariflənməsində rolunu, elmi, ictimai, siyasi baxımdan müsbət fəaliyyətini əsas götürmüşdür.


Sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, ölkənin tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi ki, Səbuhi

Əliyev peşəkar hüquqşünas kimi daim sevilir, onun yazdığı əsərlər, toxunduğu problemlər cəmiyyətdə maraqla qarşılanır. İnanıram ki, S.Əliyev hüquqşünas alim kimi gələcəkdə hüquq elminə öz xidmətləri ilə yeni dəyərlər gətirəcəkdir.


Sonda çıxış edən Səbuhi Əliyev belə bir qərar qəbul etdiyi üçün "İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinə öz dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, bu təltif onun gənclərlə bağlı işində məsuliyyətini daha da artıracaqdır.


S.Əliyev bildirdi ki, İGİB ölkənin ən aparıcı və fəal gənclər təşkilatıdır. Təşkilat ölkədə aparılan islahatları təbliğ etməklə, gənclərin bu proseslərə cəlb edilməsini həyata keçirir ki, bu olduqca aktual və vacib məsələdir. Gələcəkdə söz sahiblərinin indiki gənclərin olacağını nəzərə alsaq, Sizin bu istiqamətdə gənclərlə bağlı gördüyünüz işlər olduqca əhəmiyyətlidir.


S.Əliyev eyni zamanda bu tədbirdə iştirakına görə hüquq müdafiəçisi Əhməd Şahidova öz minnətdarlığını bildirərək, ona xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini qaldırdığına və bu yolda dönmədən çalışdığına görə, onunla hər kəsin qürur duyduğunu bildirdi.


Sonda xatirə şəkilləri çəkildi.

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
11:06 24.06.2025
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
11:03 24.06.2025
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
10:57 24.06.2025
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq