“Atam deyir, özünə “Məcnun” tap” - xalq artistinin qızı

MƏDƏNİYYƏT
13:00 09.11.2014
2557

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova ən böyük arzusundan danışıb.Muğam ifaçısı “Star life” verilişinə açıqlamasında atası ilə “Leyli və Məcnun”u oynamaq istədiyini deyib:

“Bu yaxınlarda Meksikada konsert verdik. Pərdə bağlanandan sonra o qədər alqışlar oldu ki... Bir anlıq hər zamankı arzumu xatırladım: Kaş atamla “Leyli və Məcnun”u oynayardım. Əsəri oturaq vəziyyətdə ifa etmişdik. Onu obrazlaşdırmaq ən böyük arzumdur. Atam deyir, get özünə “Məcnun” tap. Cavab verirəm ki, mən səni heç bir “Məcnun”la əvəzləyə bilmərəm”.//axşam.az

OXŞAR XƏBƏRLƏR