UEFA Avropa Liqasının qalibi müəyyən olunub.
AZXEBER.COM-un məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən final matçında İspaniyanın Atletiko (Madrid) və Atletik (Bilbao) klubları qarşılaşıb. Madridlilər 3:0 hesabı ilə qalib gələrək ikinci dəfə UEFA Avropa Liqasının qalibi olublar.
Qeyd edək ki, Madridlilər iki il əvvəl bu kuboku evlərinə aparıblar.