“ATV maqazin onlarla” verilişinin “Fashion” rubrikasının qonağı müğənni Günay İbrahimli olub.Axşam.az-ın məlumatına görə, sənətçinin libasını stilist Saxar təhlil edib.Geyim tərzindən danışan G.İbrahimli hər zaman özünə yaraşanı geyindiyini bildirib:“Deyilənə görə, zövqlü xanımam. Çalışıram mənə yaraşını geyinim. Hərdən nə gəldi geyinib, evdən çıxıram. Amma yoldan qayıdıb, libasımı dəyişdiyim an da olub. Şou-biznesdə Zamiq Hüseynovun və Röya Ayxanın geyim tərzini bəyənirəm”.Stilist ifaçının geyimindəki qüsurları sadalayıb:“Günay zövqlüdür. Libası ümumi yaxşı görünür. Kürkünü çıxarsa, iç geyimi görünəcək. Paltarın sinə duruşu pisdir. Saçında qüsur var, qaynaqları görünür. Ayaqqabısı libasa uyğun deyil. Çəkməsinin boğazı qısa olsaydı, daha yaxşıydı".