Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
DÜNYA
03:46 27.02.2026
585
Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı qüvvədə olan sanksiyaların müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib.
Bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat verib.
Beləliklə, insan haqlarının pozulması, Rusiyanın Ukraynadakı müharibəsinə verilən dəstək və Aİ ölkələrinə qarşı hibrid hücumlar səbəbindən tətbiq edilən sanksiyalar 28 fevral 2027-ci il tarixinədək (uzadılma imkanı ilə) qüvvədə qalır.
Hazırda sanksiyalar altında 312 Belarus vətəndaşı və 57 təşkilat var. Onların Aİ-dəki aktivləri dondurulub, Aİ vətəndaşlarına və şirkətlərinə onlarla maliyyə əməliyyatları aparmaq qadağan edilib, sanksiya tətbiq edilən şəxslərin isə blok ərazisinə girişi qadağan olunub.