Hindistanın paytaxtı Delhi şəhərində avtobusda bir qrup şəxs tərəfindən zorlanmaya məruz qalan tələbə qız Sinqapurun tibbi klinikasında dünyasını dəyişib.AZXEBER.COM-un BBC-yə istinadən verdiyi xəbərə görə, 23 yaşlı zərərçəkən Hindistan xəstəxanasında üç əməliyyatdan sonra son dərəcə ağır vəziyyətdə Sinqapura aparılıb.Tələbəyə hücum Hindistanda ictimai etiraz dalğası yaradıb. Hadisə nəticəsində bir polis əməkdaşı dünyasını dəyişib.Xatırladaq ki, tələbə dekabrın 16-da zorlanıb. Axşam saatlarında o öz oğlanı ilə kinoya gedib. Cütlük altı sərxoş kişinin də içərisində olduğu avtobusa minib. Onlar oğlanı və qızı dəmir çubuqla döyüblər, qızı zorlayaraq onların hər ikisini də avtobusdan yol kənarına atıblar. Bir neçə gündən sonra onu zorlayanlar həbs olunub.