Çavuşoğlu: “Putin Pekin Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcək”

DÜNYA
21:14 27.01.2022
279
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri barədə danışıb.

Ankarada Mərkəzi Afrika Respublikasından olan həmkarı Silvi Baipo Temon ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən türkiyəli nazir Putinin Pekin Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcəyini bildirib.

"Möhtərəm prezidentimiz Putini Türkiyəyə dəvət etdi. Səfərin yanvar ayında baş tutması üçün bəzi tarix təklifləri var idi. Lakin onlar uyğun gəlmədi. Artıq Rusiya tərəfi bildirib ki, Putin Pekin Olimpiadasından qayıdandan sonra səfərin tarixi barədə yeni təkliflər verə bilər. Bu gün Rusiya prezidentinin sözçüsü Peskov da bu barədə açıqlama verdi”, - deyə Çavuşoğlu qeyd edib.

OXŞAR XƏBƏRLƏR