AZXEBER.COM "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Suriya hökuməti məlumat yayıb.
Suriya Prezidenti Əhməd əş-Şaraanın mətbuat xidmətindən verilən bəyanatda bildirilib ki, Fransa prezidenti ikitərəfli münasibətləri gücləndirmək üçün Dəməşqə səfər edəcək.
Makronu investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyətinin müşayiət edəcəyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Əhməd əş-Şaraa və Makron hər iki nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirəcəklər.
"Al Hadath" telekanalının məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Xalq Şurasının (birpalatalı parlament) iyulun 6-na planlaşdırılan ilk iclası Makronun həmin gün Dəməşqə nəzərdə tutulan səfəri səbəbindən təxirə salınıb. Suriya parlamentinin sessiyasının yeni tarixi barədə hələlik məlumat yoxdur.











































