Aybəniz Haşımova: "Mən hüquqşünas olacaqdım amma ..." - VİDEO

MƏDƏNİYYƏT
11:05 22.01.2014
2088
ANS PRESS TV-nin bu dəfəki qonağı əməkdar artist Aybəniz Haşımova olub. AZXEBER.COM xəbər verir ki, Şərqin ilk qadın opera müəllifi, görkəmli bəstəkar, xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 90 illiyinə həsr edilmiş veriliş zamanı Aybəniz xanım sağlığında bəstəkarla çox yaxın olduğunu söyləyib.
Onun sözlərinə görə, bu tanışlığın tarixçəsi hələ 1970-ci illərdə başlayıb və bu işdə bəlkə də əsas səbəbkar mərhum prezident, ulu öndər Heydər Əliyev olub. O vaxt Gəncəyə rəhbərlik edən Həsən Həsənov şəhərə işgüzar səfərə gəlmiş Heydər Əliyevə gənc Aybənizin çox gözəl səsinin olduğunu deyir. Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev Aybənizə “Sən mütləq Bakıya gəlməlisən və orada oxumalısan” deyir.
Beləliklə, Aybəniz Haşımova təhsilini Bakıda Bülbül adına musiqi məktəbində davam etdirib. Amma gənc Aybəniz gələcəyini musiqi ilə bağlamaq istəmirmiş və hüquq fakültəsinə daxil olmaq istəyirmiş. Lakin ulu öndər Heydər Əliyev ona “Sən konservatoriyaya daxil olmalısan, sənin yerin oradır” deyib…
Verilişin tam məzmunu video formatda:

OXŞAR XƏBƏRLƏR