Aybəniz Haşımova: Sənə bu torpağın çörəyi halal olsun, Məlahət - FOTOLAR

MƏDƏNİYYƏT
03:15 02.11.2014
3749

İstanbul Bələdiyyə Teatrlarının ən nüfuzlu Muhsin Ertuğrul səhnəsində nöövbəti dəfə xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşası göstərilib. 

Səhnə əsərinin quruluşçu rejissoru Məlahət Abbasovadır. Səhnə əsərinin bəstəkarı isə əməkdar incəsənət xadimi Aygün Səmədzadədir.

AZXEBER.COM xəbər verir ki, tamaşanın bu dəfəki nümayişində əməkdar artist Aybəniz Haşımova da izləyicilər arasında olub. O tamaşa ilə bağlı təəsüratlarını bildirib: Bu bir qürurdur! Bu gün vətənimin böyük yazarı Elçinin əsəri, Aygün Səmədzadənin bəstəkarı olduğu "Şekspir" tamaşasının nümayişində oldum.

Tamaşanın quruluşçu rejissoru Məlahət Abbasovanın hər kəs ayaq üstdə alqışladı. Düşünürəm ki, kimsə nə qədər paxıl olsa da, azacıq da olsa içində vətən sevgisi varsa. Məlahət xanıma bravo deməlidi. Məlahət Abbasovanı sevən dostu kimi demirəm amma inanın səmimiyyətimə ki, o çox böyük sənətkar və vətənini, dövlətini sevən şəxsiyyətdir. Sənə bu torpağın çörəyi halal olsun. Bu gün sənin sayəndə türk xalqı Azərbaycan əsərini ayaq üstdə alqışladı. 

OXŞAR XƏBƏRLƏR