Aydın Mirzəzadə: ‘Bu, Azərbaycan cəmiyyətinin mövqeyi və reaksiyasıdır’

SİYASƏT
15:06 05.12.2014
1298

“Azərbaycan hüquqi dövlət və insan hüquqlarının qorunmasını əsas prinsip götürsə də, məhz bu məsələlərdə Azərbaycanı heç nədən tənqid etməyə, ölkə haqqında xaricdə mənfi fikir yaratmağa çalışırlar. Bütün bu məsələlər cənab Ramiz Mehdiyevin məqaləsində öz əksini tapıb. Bu məqalə sadəcə, bir akademikin yazısı deyil. Ümumilikdə, bütün Azərbaycan cəmiyyətinin mövqeyi və reaksiyasıdır. Və təsadüfi deyil ki, Azərbaycanın bir çox tanınmış nüfuzlu ziyalıları bu mövqeyi müdafiə etdiklərini açıq şəkildə bildirirlər”.

Bu fikirləri millət vəkili Aydın Mirzəzadə AZXEBER.COM-a Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərtac-da yayılan məqaləsində söylənilən fikirlərə münasibətini açıqlayarkən söyləyib:

Xatırladaq ki, dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərtac İnformasiya Agentliyində məqaləsi dərc olunub. Yazıda Qərbin və Avropanın Azərbaycana qarşı yürütdükləri siyasətdə nümayiş olunan ikili standartlar, ölkədə gedən inkişaf prosesini kölgə altına salacaq tənqidləri gündəmə gətirən qüvvələri, cəmiyyətdə dövlətimizi gözdən salmaq niyyətli fəaliyyətlərə təkan verən dairələrin dəstəklənməsi ilə bağlı fikirlər qeyd olunur.

“Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsi cəmiyyətdə böyük rezonans doğurdu. Cənab Mehdiyev Azərbaycanın bu gün yaşadığı və qarşılaşdığı şox analitik bir mövqe ortaya qoyub. Əgər söhbət Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsindən və ölkənin müstəqil surətdə öz problemlərini həll etməkdən gedirsə, bu məsələ ilə bağlı dövlətimizin mpvqeyi kifayət qədər  ortadadır. Ancaq təəssüf ki, bu gün Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə 5-ci kolon yaradaq vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Azərbaycanın taleyüklü məsələsi olan Dağlıq Qarabağ probleminə bu gün bir çox böyük dövlətlər, xaricdə müəyyən dairələr biganəlik göstərirlər. Hansısa maraq doğuran məsələdə operativlik göstərildiyi halda, bu gün Ermənistana qarşı barışdırıcı mövqe tutulur, Azərbaycanla Ermənistan tərəzinin eyni gözünə qoyulur. Həmçinin Azərbaycan daxilində radikal müxalifət və onun ətrafında yaradılmış qeyri-hökumət təşkilatları şəbəkəsinə böyük maliyyə vəsaitləri ayrılaraq ölkənin daxili siyasi həyatına qarışılır. Azərbaycanın mövqeyi ciddi tənqid atəşinə tutulur.

Ən əsası Azərbaycan hüquqi dövlət və insan hüquqlarının qorunmasını əsas prinsip götürsə də, məhz bu məsələlərdə Azərbaycanı heç nədən tənqid etməyə, ölkə haqqında xaricdə mənfi fikir yaratmağa çalışırlar. Bütün bu məsələlər cənab Ramiz Mehdiyevin məqaləsində öz əksini tapıb. Bu məqalə sadəcə, bir akademikin yazısı deyil. Ümumilikdə, bütün Azərbaycan cəmiyyətinin mövqeyi və reaksiyasıdır. Və təsadüfi deyil ki, Azərbaycanın bir çox tanınmış nüfuzlu ziyalıları bu mövqeyi müdafiə etdiklərini açıq şəkildə bildirirlər”. 

OXŞAR XƏBƏRLƏR