Aygün Kazımova ilə Sinan Akçılın baş tutmayan konserti ətrafında yaranan qalmaqala təşkilatçı Nahid Emiloğlu münasibət bildirib.
“Səs Organization”un rəhbəri AZXEBER.COM-a açıqlamasında Milli Bayraq Günü münasibətilə bu günə planlaşdırılan konsertin baş tutmaması səbəblərinə toxunmaq istəməyib:“Mən deyilən söz-söhbətlərə cavab verməyəcəyəm. Sadəcə, onu deyim ki, Aygün Kazımova ilə Sinan Akçılın konserti başqa tarixə keçirilib. Dəqiq tarix söyləmək istəmirəm. Bu haqda mətbuata yaxın günlərdə məlumat veriləcək”.