Aygün Kazımova, Nərgiz Cəlilova, Fəxriyyə Xələfova, Tolik bir arada - FOTOLAR

MAQAZİN
17:20 23.11.2012
6309

Azərbaycanda makiyaj rəssamları müsabiqəsi keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, ötən gün paytaxtın prestijli məkanlarının birindəməşhur “Dior” markasının keçirdiyi müsabiqədə makiyaj rəssamları, modellər üzərində çəkdikləri qeyri-adi makiyajları nümayiş etdiriblər. Makiaj rəssamlarının nümayiş etdirdiyi işləri münsiflər heyətinin üzvləri xalq artisti Aygün Kazımova, stilist Anar Ağakişiyev, teleaparıcı Nərgiz Cəlilova və modelyer Leyla Əhmədova qiymətləndirib.

Makiyaj rəssamları arasında 1-ci yeri tutan Səbinə Qaramışeva Parisdə keçiriləcək kurslara qatılmaq şansı qazanıb. Qeyd edək ki, tədbirdə tanınmış simalardan əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Rüfət Ağayev, prodüserlər Tarix Əliyev, Aysel Babayeva və başqa qonaqlar iştirak edib.

OXŞAR XƏBƏRLƏR