Kamança ifaçısı Habil Əliyev yeni qalmaqalın mərkəzinə düşüb.
AZXEBER.COM “Yeni Müsavata” istinadən xəbər verir ki, xalq artisti Aygün Kazımova ilə Brilliant Dadaşova arasındakı qalmaqal şərh verərkən onları tanımadığını deyib:“Bu müğənnilərin heç biri ilə münasibətim yoxdur, onları tanımıram. Onların mənim sahəmə dəxli yoxdu. Mənim nə Aygünlə, nə də Brilliantla heç bir münasibətim yoxdur, ola da bilməz”.Aygün Kazımova İnstagram vasitəsilə H.Əliyevə cavab verib. Müğənni məsələyə “Allah bu gündən saxlasın. Görəsən, mən də qocalanda skleroz olacam?” – cümlələri ilə şərh verib.