Aysel Teymurzadə ana olandan sonra ilk dəfə görüntüləndi - FOTO

MAQAZİN
12:30 05.08.2013
18476
Bu, Ayselin ana olduqdan sonra yayılan ilk görüntüsüdür

Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadənin əri ilə birgə fotosu yayılıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdən birində yerləşdirilən foto ötən aydan start götürən və avqustun 6-na kimi davam edəcək Qəbələ V Beynəlxalq Musiqi Festivalından çəkilib.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub.Azərbaycana "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə isə ailə qurduqdan sonra sənəti ilə vidalaşmışdı.

OXŞAR XƏBƏRLƏR