Aysel Teymurzadə ana oldu

MAQAZİN
10:42 17.12.2012
8042

“Eurovision” təmsilçimiz Aysel Teymurzadə ana olub.

 Publika.az-ın məlumatına görə, bir müddət əvvəl Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı quran gənc müğənni ötən gün dünyaya oğlan uşağı gətirib. 

Onların izdivacı, ailə münasibətləri ictimaiyyətə açıq olmadığından, xəbər sürətlə yayılmayıb. Qeyd edək ki, Adıgözəlzadə və Teymurzadənin ailəsində körpənin sevinc yaşanır. Yaradıcılığına fasilə verib, ailə münasibətlərini önə çəkən Aysel artıq övladının qayğısı ilə məşğul olacaq. Onun səhnəyə qayıdıb-qayıtmayacağı barədə isə dəqiq məlumat deyilmir.

OXŞAR XƏBƏRLƏR