Əzilsən də , əyilməyən vüqarımsan—
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban .
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında—
Bayrağına canım qurban , Azərbaycan !
Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !
Sədaqət Əhmədova