Azərbaycan Litva ilə əlaqələrini inkişaf etdirdiyi bir digər sahə parlamentlərarası əməkdaşlıqdır. Bu məqsədlə Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yatradılmışdır. İşçi qrupuna Maqsud İbrahimbəyov rəhbərlik edir. Musa Quliyev, Hüseyinbala Mirələmov, Hadi Rəcəbli, Əhməd Vəliyev, Mixail Zabelin işçi qrupunun üzvləridir.
Litva Respublikası Azərbaycan Respublikası parlamentlərarası münasibətlərini daha da inkişaf etdirmək məqsədilə Litva Seyminin spikeri xanım İrena Dyaqutene fevralın 8-11-nə Bakıya rəsmi səfər edəcək. Səfər çərçivəsində İrena Dyaqutena Azərbaycan Prezidenti İlham Əliyev, parlament sədri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşlər keçirəcəyi gözlənilir.
8 fevral 2011-ci ildə Litva Seyminin sədri xanım İrena Dyaqutene Azərbaycana rəsmi səfərə gəldi. Səfər zamanı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüş zamanı Oqtay Əsədov qeyd etmişdi ki, Litva ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Azərbaycan parlamentinin sədri Litvanın ATƏT-ə sədrlik etdiyi müddətdə problemin həllinə ciddi səy göstərəcəyinə ümid etdiyini vurğuladı. İ. Dequtiene isə ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.
Azərbaycan Respublikası Litva Respublikası ilə hər bir sahədə əməkdaşlıq apardığı kimi ATƏT çərçivəsində də əməkdaşlıq aparmaqdadır. Bildiyimiz kimi, 2011-ci ilin yanvarından etibarən Litva ATƏT-ə sədrlik edir. Litva ATƏT-ə sədrliyi çərçivəsində Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək niyyətindədi. Bununla əlaqədar olaraq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Litvanın Azərbaycandakı səfirinin sözlərinə görə Litva ATƏT-ə sədrliyi dövründə həlli uzadılmış münaqişələrin nizamlanmasını əsas proitetlərdən biri elan edib. Bununla əlaqədar olaraq Litva prezidentinin may ayında Azərbaycana səfəri gözlənilir. Bununla yanaşı, martın ilk həftəsində ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər nazirinin də, Azərbaycana səfəri gözlənilir.
Bununla birlikdə Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə ki, Litvanın Azərbaycandakı səfinin sözlərinə görə Litva BMT-nin qətnamələri və Avropa İttifaqının bəyannamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Litva ATƏT-ə sədrliyi dövründə Litva Seymi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə qətnamə hazırlayır. "Litva Seymində hazırlanan "Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması barədə" qətnamənin taleyi münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin səylərindən asılı olacaq. Bu barədə Litva Seyminin spikeri İrena Dequtyene demişdir: "Seym üzvlərinin böyük qrupu regionda qeyri-sabitliyə şərait yaradan, beynəlxalq hüquqla deyil, zor tətbiqi ilə əldə olunan status-kvonu dəstəkləməkdən imtina eməyi təklif edən qətnamə layihəsini qeydə alıb" deyə bildirmişdir. Onun sözlərinə görə, qətnamə layihəsində beynəlxalq hüququn aliliyi prinsiplərinin gerçəkləşməsini təmin etmək üçün şərait yarada biləcək Dağlıq Qarabağın statusu barədə məsələnin həlli axtarışlarında Avropa İttifaqının daha yaxından iştirakı təbliğ edilir.
Qafqaz Universiteti, Düşüncə Təşkilatı, Məqsəd Hüseynov