Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək

MARAQLI
11:00 04.04.2011
1983
Belə ki, yubiley sərgisində 150-dən çox şirkətin iştirakı, habelə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir.

Sərginin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən AZXEBER.COM portalına verilən məlumata görə, ötənilki sərgidə iştirak etmiş bütün qruplar “AITF-2011” sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş edib. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri nümayiş olunacaq.

Sərgiyə ənənəvi olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyası dəstək verir, sərginin tərəfdaş ölkəsi isə Türkiyə olacaq. Bundan əlavə, “AITF-2011” sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında «SilkWay Travel» turizm şirkəti də var. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir.

OXŞAR XƏBƏRLƏR