Bu barədə «APA-ECONOMICS»ə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitədən qeyd ediblər ki, ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2010-cu ilin I rübünə nisbətən nikahların sayı 6,7-dən 7,1-ə qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.
«Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında ölkədə nikahların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6%, boşanmaların sayı isə 21,1% artıb», - deyə Komitədən bildirilib.