AZAL-ın İstanbul - Bakı reysi 9 saatdır ki, gecikir - AÇIQLAMA

AZAL-ın İstanbul - Bakı reysi 9 saatdır ki, gecikir - AÇIQLAMA
SOSİAL
21:30 02.07.2022
2612
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi 9 saatdan çoxdur ki, gecikir.

AZXEBER.COM xəbər verir ki, bu gün saat 12:50-də uçmalı olan təyyarə texniki səbəbdən hələ də havaya qalxmayıb. Sərnişinlər isə artıq 10-12 saatdır ki, gözləyirlər.

Uçuşun nə vaxt baş tutacağı haqqında isə ümumiyyətlə məlumat verilmir.

AZAL-dan bildirilib ki, gecikməyə səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.

Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunurlar.

 


OXŞAR XƏBƏRLƏR